Çin Ukrayna müharibəsində ədalətli sülhü Putinin diqqətinə çatdırıb
Çin sədrinin V.Putinlə Kremldə 7 saat görüşü olub. Bu görüşdən sonra, ÇİN Xarici İşlər Nazirliyi danışıqlarda Rusiya Ukrayna müharibəsi və sülhün əldə edilməsi istiqamətində danışıqlarin aparıldığını qeyd edib. İki lider arasında Çin sədri ilkin şərt olmadan danışıqların aparılması və ədalətli sülh müqaviləsinin bağlanmasını vurğulayıb.
Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, V.Putin də ilkin şərt olmadan danışıqlara hazır olduğunu vurğulayıb. Çin artıq müharibənin davam etməsində maraqlı deyil, həmçinin ədalətli sülhü V. Putinin diqqətinə çatdırıb:
"Artıq Çinin mövqeyində əhəmiyyətli dəyişikliklər baş verir. Çünki ABŞ Rusiya ilə neft və qaz sahəsində əməkdaşlıq edən şirkətlərə sanksiyalar tətbiq ediləcəyi qeyd edilir. ABŞ Çin iqtisadiyyatını hədəfə alır. İqtisadi və ticari müharibə Çin iqtisadiyyatına əhəmiyyətli məndh təsir edir. Müharibənin Çinin beynəlxalq müstəvidə mövqeyinə zərbə vurduğunu, geosiyasi və iqtisadi sahələrdə ABŞ ciddi şəkildə məğlub olacağının fərqindədir. Çin Rusiyaya ciddi təzyiqlər edərsə, V. Putin atəşkəsə gedə bilər".