star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Baku Oksford Məktəbi”nin müsadirəsi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalan Kamilə Əliyeva Ali Məhkəmə müraciət edərək məktəb binasının yarısının pay sahibi olduğu və üzərinə qoyulan həbsin götürülməsi və hərracdan çıxarılmasını istəyib.

Onun kassasiya şikayəti icraata verilib. Şikayət hakim Teyyub Muxtarovun icraatına verilib. Kassasiya şikayətinə iyulun 23-də baxılacaq.

Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.

Məmmədovun milyonlarla manat dəyərində əmlakı, o cümlədən “Baku Oksford Məktəbi” də müsadirə olunub. Kamilə Əliyeva məktəb binasının yarısının pay sahibi olduğunu iddia edir.

Məktəb bir müddət əvvəl 18 milyon 527 min 250 manata hərraca çıxarılmışdı.

Kamilə Əliyeva Səbail rayon Məhkəməsinə müraciət edərək üzərinə qoyulan həbsin götürülməsi və hərracdan çıxarılmasını istəyib. Səbail rayon Məhkəməsi onun iddiasına təmin etməyib. Bakı Apellyasiya Məhkəməsində də sabiq aparat rəhbərinin qızının şikayəti təmin edilməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər