star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun həyat yoldaşına qarşı zorakılığı barədə sensasion xəbər şok effekti yaratdı. Təkcə ona görə yox ki, zorakılığı törədən şəxs ölkədə tanınmış şəxsin övladıdır, həm də ona görə ki, döydüyü, dəhşətli zorakılığa (fotolardan aydın görünür) məruz qoyduğu qadın həyat yoldaşıdır və üstəlik, hamilə olub. Nəticədə qadın övladını itirib. Məhəmməd Pənahovun törətdiyi hadisənin xəbər yükü də ilk növbədə bir qadına qarşı törədilən zorakılıqdır. Daha sonra isə onun məhz Məzahir Pənahovun övladı olması diqqəti çəkir.

Amma bütün bunlara – oğlunun törətdiyi əməllərə görə Məzahir Pənahovun əlbəttə ki, heç bir məsuliyyəti yoxdur.

Burada əsas məsələ Məzahir Pənahovun heç bir yerdə işləməyən oğlunun ABŞ-da, özü də bu ölkənin ən bahalı bölgələrindən olan Los-Ancelesdə yaşadığı dəbdəbəli həyatdır. Cütlük kifayət qədər lüks həyat şəraitinə malik olub. Oğul Pənahovun həyat yoldaşına qarşı zorakılığının səbəblərinin də dəbdəbəli həyatın yaratdığı pis vərdişlərdən qaynaqlandığı deyilir.

Yayılan xəbərin yaratdığı ikinci sensasiya məhz budur: 2022-ci ildə Bakıda ailə həyatı quran oğul Pənahov ABŞ-a köçüb və Los-Ancelesdə yaşamağa başlayıb. Heç bir iş yeri, məşğuliyyəti, qazanc mənbəyi olmayıb, lakin bu onun Los-Ancelesin nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağına maneçilik törətməyib.

Los-Anceles, Hollivud ulduzlarının yaşadığı Bel-Eyr bölgəsi və 2 milyon 35 min 400 dollarlıq villa. Britaniyanın “Halifax”, “Natwest” bankları, ABŞ bankları, eləcə də Dubayda heç vaxt boş olmayan bank hesabları...

Bu arayış bütün diqqəti məhz Məzahir Pənahovun üzərinə yönəldir. MSK sədri Məzahir Pənahovun aylıq vəzifə maaşı 3 min manatdır. Uzun illər fəaliyyət göstərdiyi postun yaratdığı müəyyən üstünlüklər də ola bilər, misal üçün, dövlət mükafatları, çoxillik iş təcrübəsinə görə mükafatlar və s. Amma Məzahir Pənahovun aylıq maaşı və rəsmi şəkildə əldə edə biləcəyi maliyyə imkanları Los-Ancelesdə 2 milyonluq villa almasına yetərli ola bilməz. Hesablamağa çalışaq: Məzahir Pənahovun aylıq maaşı 3 min manatdırsa, oğlunun aldığı 2 milyon 35 min 400 dollarlıq villanı almaq üçün yemədən-içmədən 679 ay işləməlidir və bu, 56 il 8 ay edir. 74 yaşlı Pənahov 2000-ci ildən MSK-nın sədridir. Belə bir hesablama bütün riyazi məntiqi alt-üst edir...

Məzahir Pənahovun oğlunun hamilə arvadını döyməsi xəbərində ikinci, əslində əsas sensasiya da məhz burada gizlənib. Atası 3 min manat maaş alan, özü heç bir yerdə işləməyən oğul Pənahov 2 milyonluq villanı necə alıb?

Ümumiyyətlə, oğul Pənahov ABŞ-da işləmirsə, orda biznesi yoxdursa, niyə və hansı vəsaitlə Los-Ancelesdə, ən bahalı məhəllədə yaşamalıdır?

Sualın cavabı varmı?..

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər