Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi

Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdiKamran Əliyev yenidən baş prokuror təyin edilir.

Avrasiya.net xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələdə öz əksini tapıb.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Məlumat üçün bildirək ki, Konstitusiyaya əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər