Mətbuat Şurasına üzv KİV-lərin sayı 297-ə çatdı

Mətbuat Şurasına üzv KİV-lərin sayı 297-ə çatdıÖtən gün Mətbuat Şurasının növbəti iclasında müzakirəsi aparılan məsələlərdən biri də quruma yeni üzvlərin qəbulu ilə bağlı olub. Şuranın sədri Rəşad Məcid məlumat verib ki, Şuraya üzv olmaq niyyətini bildirən çoxsaylı media orqanları var və onların seçimində digər prinsiplərlə yanaşı, Media Reyestrində qeydiyyata alınma da başlıca şərt kimi götürülür.

Müzakirələrdən sonra “Bakivaxtı.az”, “Valyuta.az”, “Fanat.az”, “Dogru.az” saytları və “Füyuzat” dərgisi Mətbuat Şurasının üzvlüyünə qəbul edilib. Bununla da Mətbuat Şurasına üzv təşkilatların sayı 297 olub.

Şuradan Modern.az-ın sorğusuna cavab olaraq bildirlib ki, hazırda qurumun üzvlərindən 28-i gündəlik qəzet, 61-i həftəlik və aylıq qəzet, 19-u informasiya agentliyi və jurnalist təşkilatları, 50-si jurnallar, 39-u bölgə nəşrləri, 81-i isə xəbər saytlarıdır.

İdarə Heyətinin növbəti iclaslarında namizəd media qurumlarının da üzvlük müraciətlərinə baxılacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər