Bakıda ofisant xanıma görə dava düşdü

Bakıda ofisant xanımı qısqanan müştərilər arasında dava düşüb.

Hadisə Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən "Beer Coin Pub" adlı restoranda baş verib.

Bir ildir 8-ci kilometr bazarında meyvə satışı ilə məşğul olan 1996-cı il təvvəllüdlü Muxtar T. "Beer Coin Pub" adlı restoranda 6 bakal pivə içib. Muxtarın restoranda ona xidmət göstərən C.D. adlı ofisant xanımdan xoşu gəlməyə başlayıb.

Həmin vaxt restoranda müştəri qismində yeyib-içən Samir adlı şəxs isə ofisantla söhbət etməyə başlayıb. Muxtar xanımı qısqandığından Samirə zor tətbiq edərək, bir neçə dəfə yumruqla sifət nahiyəsinə vurub. Hadisədən sonra saxlanılan Muxtar barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində təqsirli bilinib və 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Qeyd edək ki, "Beer Coin Pub"da tez-tez dava düşməsilə bağlı məlumatlar yayılır. Ötən il "Beer Coin Pub"ın icarədarı Mehriban adlı qadının 1992-ci ildə Bakı şəhərində anadan olmuş Rəşad İsmayılov (şərti) tərəfindən döyülməsi ilə də bağlı məlumat vermişdik. /Qaynarinfo

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər