star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

“Atatürkün şəhəri” Samsunda Azərbaycan rüzgarı

Türk Dünyası Uşaq Festivalında Azərbaycanı Bakı Atatürk Liseyi təmsil edib

Ötən həftə Türkiyənin anlamlı yerlərindən biri, daha çox “Atatürkün şəhəri” kimi tanınan Samsun türk dünyası üçün yaddaqalan bir tədbirə ev sahibliyi edib. Belə ki, 20-24 aprel tarixləri arasında Samsunda Türk Dünyası Uşaq Festivalı keçirilib.

Türkiyədə “Ailə İli” çərçivəsində keçirilən festivala 12 ölkədən 144 iştirakçı qatılıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Samsun Valiliyi, Türk Dünyası Araşdırmaları Vəqfi, Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Türk Dünyası Uşaq Festivalında nümayiş olunan xalq oyunları yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycanı bu festivalda Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi təmsil edib. Liseyin 5-ci sinif şagirdi Yusif Muxtarlı Samsunda yerli mediaya açıqlamasında Azərbaycanı Türkiyədə təmsil etməkdən çox xoşbəxt olduqlarını deyib: “Azərbaycana xas milli rəqslərimizi ifa etdik.Qafqaz melodiyalarının da yer aldığı bu tamaşaya uzun müddət hazırlaşdıq. Bu festival sayəsində mədəniyyətimizi tanıtdıq, yeni dostluqlar qurduq və unudulmaz xatirələr yaratdıq. Bizə bu imkanı yaradan hər kəsə təşəkkür etmək istəyirəm” deyib.

Liseyin şagirdlərinin təqdim etdikləri rəqs və mahnılar böyük coşu ilə qarşılanıb. Necə deyərlər festivalda Azərbaycan rüzgarı əsib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər