star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Təbiət hadisəsi nəticəsində zərərçəkən ailələr üçün ev tikiləcək

Təbiət hadisəsi nəticəsində zərərçəkən ailələr üçün ev tikiləcəkAzərbaycanın bir sıra rayonlarında təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün ev tikiləcək.

Avrasiya.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hazırlıqları başa çatdırıb.

Məlumata görə Lənkəranda 2 ədəd, Siyəzəndə isə 1 ədəd 3 otaqlı fərdi yaşayış evləri tikiləcək.

Sözügedən evlərin tikintisini həyata keçirən şirkət müəyyənləşib və onunla Dövlət Agentliyi arasında müqavilə bağlanılıb. Müqaviləyə əsasən, üç evin tikintisi 268 min manata başa gələcək.

Agentlik daha əvvəl isə Zaqatalada təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün 34 ədəd fərdi yaşayış evinin tikintisinə, qəzalı vəziyyətə düşən 9 çoxmənzilli binanın və əlavə olaraq daha 1 fərdi yaşayış evinin bərpasına bu ilin yanvar ayında başlayıb. Zaqataladakı tikinti və bərpa işlərinə isə 4 milyon manata yaxın vəsait ayrılıb.

Məlumat üçün bildirək ki, hazırda Hacıqabul rayonunun Nəvai qəsəbəsində 11 ədəd fərdi yaşayış evinin, Salyan və Sabirabad rayonlarında 4 ədəd 2 otaqlı fərdi yaşayış evinin, Şamaxı, Ağsu rayonlarında 5 ədəd fərdi yaşayış evinin tikintisi və 1 ədəd fərdi yaşayış evinin bərpası, cənub bölgəsində 14 ədəd fərdi yaşayış evinin tikintisi, Qobustan rayonunda 1 ədəd fərdi yaşayış evinin, Gədəbəy şəhərində 24 mənzilli binada və Daşkəsən şəhərində 1 ədəd istinad divarının bərpası da nəzərdə tutulub. Bu tikinti və bərpa işlərinə isə ümumilikdə 3,4 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, bu işlərlə bağlı sifarişçi funksiyasının yerinə yetirilməsi Agentliyin vəzifələrindən biridir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər