star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bakı Atatürk Liseyində 23 Nisan coşqusu

Aprelin 23-də qardaş Türkiyədə 23 Nisan Ulusal Egemenlik və Çocuk Bayramı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətə başlamasının 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Həmin gün Azərbaycanda da çeşidli və yaddaqalan tədbirlər keçirilib.

Belə tədbirlərdən biri də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində olub.

Liseydən verilən məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra meydan şagirdlərə verilib.

Günün anlamını ifadə edən yaddaqalan proqram əsasında şagirdlərin ifasında musiqi, rəqs və səhnəciklər təqdim edilib. Həmçinin şagirdlər dahi Mustafa Kamal Atatürkün adını daşıyan bir təhsil ocağında təhsil almağın verdiyi qürur hissindən də bəhs ediblər.

O da bildirilir ki, əllərində Türkiyə və Azərbaycan bayraqları olan uşaqların ifa etdikləri mahnılar məraismi izləyənlərdə xoş əhval-ruhiyyə yaradıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər