Daha yeddi qiymətləndirmə şirkəti AQC-yə üzv olub

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə heyətinin növbəti toplantısı keçirilib.

Avrasiya.net xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, toplantıda AQC-nin VIII hesabat-seçki konfransına hazırlıq məsələləri müzakirə olunub.

Konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Fərid Rüstəmov bildirib ki, may ayının 3-də baş tutacaq konfransda AQC üzvü olan 100-dən artıq qiymətləndiricinin iştirakı nəzərdə tutulub. O bildirib ki, yığıncaqda dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri də qonaq qismində iştirak edəcək. Konfransda 3 il müddətinə AQC sədri, Nəzarət Təşkilat Komissiyası və İdarə Heyəti seçiləcək.

Təşkilati məsələlərin müzakirəsi zamanı daha yeddi şirkətin kollektiv şəkildə AQC-yə üzvlüyü müzakirə olunub və müsbət qərar qəbul edilib. Beləliklə “Trust” MMC, “Profiten Group” MMC, “Klever” MMC, “Cənub Qiymətləndirmə” MMC, “SOS” MMC, “Qiymətləndirmə və hüquq xidmətləri” MMC və “İnternational Price Center” MMC kollektiv şəkildə AQC üzvlüyünə qəbul olunub.

Xatırladaq ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti (AQC) 1998-ci ildə təsis olunub və ölkəmizin ilk kollektiv ictimai birliklərindən biridir. 2022-ci ilin mayından quruma Vüqar Oruc rəhbərlik edir. V.Oruc eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin qatıldığı, Rusiya, Belarus, Gürcüstan qiymətləndirmə birliklərinin fəaliyyətində yaxından iştirak etdiyi, 700-dən artıq qiymətləndirmə şirkəti və minlərlə qiymətləndiricinin təmsil olunduğu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidentidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər