50 manata görə kafe sahibini bıçaqladı: həbs edilmədi

Məhkəmə 2024-cü il iyulun 28-də Bakı şəhərinin Xətai rayonunda baş verən bıçaqlanma hadisəsi ilə bağlı qərar verib.

Avrasiya.net-in məlumatına görə, hadisə kafelərdən birində ofisiant işləyən T.Məmmədovun 50 manat avans alıb işə gəlməməsinə görə başlayıb.

Kafenin sahibi Emin və Tural arasında yaranan telefon mübahisəsi qarşılıqlı təhqirlərlə gərginləşib. Gecə saatlarında tərəflər görüşüblər, görüş zamanı tərəflər arasında mübahisə yenidən alovlanıb, nəticədə Tural bıçaqla Eminə dörd dəfə zərbə endirib.

Xəsarət alan kafe sahibi 12 gün komada qalıb. Məhkəmədə ifadə verən Tural hadisənin özünü müdafiə məqsədilə baş verdiyini iddia edib. O, görüşə Eminin tək gəlməyəcəyini düşündüyü üçün ehtiyat məqsədilə bıçaq götürdüyünü deyib.

Emin məhkəmədə şikayət və tələbinin olmadığını, Tural ilə barışdığını bildirib

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin CM-nin 70-ci maddəsi tətbiq olunaraq cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər