Hərbi xidmətdən qaçan azərbaycanlı qan tökdü

Rusiyanın Sankt-Peterburq şəhərinin Krasnoqvardeyski rayonunda azərbaycanlı kişi tanışını bıçaqlayıb.

Avrasiya.net lent.az-a istinadla xəbər verir ki, hadisə Puqaçov küçəsindəki yataqxanada baş verib. Zəng edən şəxs dava barədə xəbər verib və dörd iştirakçı olduğunu bildirib.

Hadisə yerinə gələn mülki mühafizə əməkdaşları həyətdə iki nəfəri aşkarlayıblar. Onlardan biri tibbi yardım üçün təhvil verilib, digəri isə araşdırma aparılması üçün şöbəyə aparılıb.

Polis şöbəsində saxlanılan şəxsin 45 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Məlum olub ki, onu artıq Pskov polisi də axtarır. O, hərbi xidməti özbaşına tərk etmə işi üzrə şübhəli şəxs qismində axtarışda imiş. Hərbi hissədə onun yoxluğu 2024-cü ilin sonunda müəyyən edilib, yazın əvvəlində isə rəsmi şəkildə axtarışa verilib.

İlkin məlumata görə, azərbaycanlı Sankt-Peterburqda Puqaçov küçəsində yerləşən yataqxanada yaşayırmış. Elə orada 31 yaşlı qonşusu ilə birlikdə içki içib. Aralarında baş verən mübahisə isə bıçaq zərbəsi ilə nəticələnib. Yaralanan şəxs çiyin nahiyəsindən deşici-kəsici xəsarətlə Aleksandrov xəstəxanasına çatdırılıb.

Azərbaycanlıya hələlik xırda xuliqanlıqla bağlı protokol tərtib olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər