2 gün əvvəl 15 yaşı oldu, səhər bataqlıqdan meyiti tapıldı - Foto

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti aşkarlanıb.

Avrasiya.net Azərtac-a istinadən xəbər verir ki, 15 yaşlı Elçin Elman oğlu Bağırov aprelin 18-i gecə saatlarında Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda boğulub.

Hadisə şahidlərinin dediyinə görə yeniyetmə at belində mal-qara otaran zaman bataqlığa yıxılıb. At sudan çıxa bilsə də, Elçin xilas ola bilməyib.

Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. İlkin mərhələdə yeniyetmənin meyitini aşkarlamaq mümkün olmayıb. Yalnız traktorlar vasitəsilə kanallar açılaraq su hövzəsi boşaldıldıqdan sonra səhər saatlarında E. Bağırovun meyitini aşkarlamaq mümkün olub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elçin Bağırov Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Aprelin 17-də məktəblinin 15 yaşı tamam olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər