Xaçmazda yeniyetmə bataqlığa düşüb - Foto
Dərc olunub:
19-04-2025, 08:48
Xaçmazda 15 yaşlı Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.
Hadisə Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, at belində mal-qara axtaran Niyazabad kənd sakini Elçin Bağırov bataqlığa yıxılıb.
Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.