Sevdiyi qıza görə özünü yandırdı
Dərc olunub:
18-04-2025, 18:27
Masallı rayonu, Mahmudavar kənd sakini, 1993-cü il təvəllüdlü Ceyhun Cabbarov istədiyi qıza görə özünü yandırıb.
Avrasiya.net Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Tovuz rayonunda qeydə alınıb.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən C.Cabbarovun bədəninin 60%-nin yandığı məlum olub.
Faktla bağlı araşdırma başlanılıb.