Astarada 48 yaşlı bərbər intihar etdi
Dərc olunub:
18-04-2025, 06:36
Astarada bərbər işləyən 48 yaşlı şəxsin meyiti tapılıb.
Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, Astara şəhər sakini, 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti yaşadığı ünvanda aşkarlanıb.
Nizami Kərimovun özünü asaraq intihar etdiyi bildirilir. İntiharın səbəbləri hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.
Qeyd edək ki, Nizami Kərimov Astara şəhərində uzun illər fəaliyyət göstərən və peşəkarlığı ilə seçilən bərbərlərdən biri idi.