Orduxan Teymurxan da prokurorluğa çağırıldı

Bəbirov Orduxan Teymurxan oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilib.

Qeyd edilib ki, təqsirləndirilən şəxs Orduxan Teymurxan oğlu Bəbirov barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Təqsirləndirilən şəxs 23.09.1969-cu il təvəllüdlü Orduxan Teymurxan oğlu Bəbirov Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.

Orduxan Teymurxan şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər