Şəhidin ailəsi və ev muzeyi ziyarət olunub - Fotolar

Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə qəlblərimizdə yaşayırlar və yaşayacaqlar!

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun (ARBƏDF) prezidenti Sərraf Orucov, Fondun 1-ci vitse-prezidenti Ehtiyatda olan polkovnik Hikmət Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə, “ARBƏDF”-nin Binəqədi rayon şöbəsinin sədri Hacı Teymur Əliyev, sədr müavinləri Hacı Şəmsi Kərimov, Qüdrət Babayev və yazıçı şair Rüfət Quliyev 2020-ci ilin 44 günlük müharibəsini ilk qəhrəman şəhidimiz mayor İlkin Əhədzadənin ailəsini və onun ev müzeyini ziyarət edib şəhidin xalğımıza əmanət saxladığı atasına, anasına, evladlarına və ailəsinə həmrəylik nümayiş etdirilərək mənəvi dəstək verildi.

Şəhid Əhədzadə İlkin Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub.

Ailəli idi. Üç övladı Qədirbilən Xalqımıza yadigar qalmışdır.

Azərbaycan Ordusunun mayoru olan İlkin Əhədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mayor İlkin Əhədzadə 1 oktyabr 2020-ci il tarixində Murovdağ döyüşləri zamanı şəhid olub. İlkin Əhədzadə II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əhədzadə ölümündən sonra "Vətən uğrunda" medalı, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı və 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.

“Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nöqteyi- nəzərdən, həm də bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolun yolçularıdırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda Şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz”.

Vətən müharibəsində Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək ən ali zirvə olan Şəhidlik zirvəsinə ucalmış Qəhrəman şəhidlimiz İlkin Əhədzadənin əziz xatirəsini hörmətlə yad edərək ona Allahdan rəhmət, məkanının cənnət, ruhunun şad olmasını dua edirik.

Şəhid mayor İlkin Əhədzadənin atası ƏhədovQələmşah Əhəd oğlu qəhraman şəhid atası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiyyəsi uğrunda döyüşərək canını qurban verib ən ali Şəhidlik zirvəsinə uzalmış Qəhrəman övlad yetişdirdiyinə və Gənclərin hərbi-vətənpərvərlik ruhunun aşılaması istiqamətində etdiyi xidmətlərinə görə “XEYİRXAQ VƏ MƏRHƏMƏTƏ GÖRƏ”- medalı və “FƏXRİ FƏRMAN”- la təltif edildi.

Tanrı əziz şəhidimiz İlkin Əhədzadənin atasına, anasına, qardaşlarına, həyat yoldaşına və övladlarına səbir verərərək onları xətadan bəladan qorusun. Amin Rəbbil Aləmin!


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər