star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Dövlət Xidməti: Çaylarda sululuq artır, bəzi ərazilərdə sel keçib

Dövlət Xidməti: Çaylarda sululuq artır, bəzi ərazilərdə sel keçibÖlkə ərazisində müşahidə olunan leysan xarakterli yağıntılar çaylarda sululuğun artmasına səbəb olub.

Bu barədə Avrasiya.net-ə Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 16-da avtomat hidroloji stansiyaların müşahidələrinə əsasən, əksər çaylarda suyun səviyyəsində artım qeydə alınıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda müşahidə olunub.

Belə ki, Vəlvələçayda 49 sm, Qarasuçayda 25 sm, Qımılda 24 sm, Əyriçayda 21 sm, Əsrikçayda 15 sm, Quruçayda 29 sm, Oxçuçayda 22 sm, Köndələnçayda 18 sm, Tərtərçay-Vəngdə 9 sm, Tutqunçay və Bəsitçayda 9 sm, Həkəriçayda isə 4 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda da su səviyyəsinin artdığı bildirilir. Kür-Qıraqkəsəmən məntəqəsində 40 sm, Araz-Qıvraq məntəqəsində 19 sm, Qanıx-Cəlayir məntəqəsində isə 7 sm artım olub.

Güclü və intensiv yağıntılar nəticəsində Şabran rayonu ərazisindən axan Gilgilçay, Quba rayonundan Qudiyalçay, İsmayıllıdan Girdimançay, Qəbələdən Dəmiraparançay, Ağsudan Ağsuçay, Qobustandan Pirsaatçay və Samuxdan axan Qabırrı çayından sel keçdiyi bildirilib.

Proqnozlara əsasən, qeyri-sabit və fasilələrlə yağıntılı hava şəraiti aprelin 17-dək davam edəcək. Aprelin 16-sı ərzində intensiv və güclü yağışlar gözlənilir ki, bu da ölkə ərazisindəki çaylarda sululuğun yüksək səviyyədə qalmasına, Böyük və Kiçik Qafqazla yanaşı, Lənkəran-Astara zonasında da sel və daşqın hadisələrinin davam etməsinə səbəb ola bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər