star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Əli Əsədov bacarmır, Baş nazir vəzifəsi ona tapşırılsın!

Əli Əsədov bacarmır, Baş nazir vəzifəsi ona tapşırılsın!Vəziyyət həqiqətən ağırdır, üzücüdür, dərin təəssüf hissi və narahatlıq yaradır. Hökumət demək olar ki, vəziyyəti dəyişmək üçün ciddi heç bir iş görmür, fəaliyyətsizdir. Artıq bu acınacaqlı durum dəfələrlə təkrar olunsa da, bu istiqamətdə ciddi işlər görülmür. Mən, digər deputat həmkarlarım bu məsələni Baş nazirin iştirak etdiyi hökumətin hesabatı zamanı da qaldırdıq. Azərbaycana hökumət üzvlərinin və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, icra başçılarının eşidəcəyi güclü və təşəbbüskar Baş nazir lazımdır. Əli müəllim savadlı və yaxşı insan olaraq, Prezidentin köməkçisi kimi daha çox iş görə bilirdi. Hazırkı şəraitdə Birinci vitse-prezident həm də Baş nazir postunu tutsa, bu, çox faydalı olardı.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev güclü yağışdan sonra Bakı şəhərində bəzi yolların bağlanması, evləri su basmasına görə ciddi qərarların qəbul edilməsi gərəkdiyi haqda danışarkən deyib.

“Geniş səlahiyyətlərə malik Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Hökumət qısa zamanda ciddi qərarlar qəbul edib işə başlamalı və bu barədə əhalini məlumatlandırmalıdır. Təəssüf ki, heç kim təşəbbüs göstərmir, hamı Prezidentdən tapşırıq gözləyir. Yaranmış vəziyyət idarəetmədə islahatların aparılmasını qaçılmaz edir”, - o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər