star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Zaur Baxşəliyevin reklam etdiyi həkim iki uşaq atasını şikəst qoydu

Zaur Baxşəliyevin reklam etdiyi həkim iki uşaq atasını şikəst qoyduZaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişində məşhurlaşan həkim Zaur Ramixanov xəstəni səhv əməliyyat edib.

Bu barədə zərərçəkmişin anası, Yevlax rayon Marzılı kənd sakini Musayeva Kəmalə Publika.az-a müraciətində qeyd edib.

O bildirib ki, yüksəklikdən yıxılıb zədə alan oğlunun əməliyyatı uğursuz alınıb:

“Oğlum Musayev Araz 2023-cü ildə hündürlükdən yıxılaraq zədə aldı. Biz onu dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırdıq. Müayinələr aparıldıqdan sonra məlum oldu ki, onurğası zədələnib və 5-ci fəqərə sınıb. Təcili olaraq neyrocərraha müraciət etmək lazım olduğunu bildirdilər. Biz də ATV kanalında yayımlanan “Bizimləsən” verilişindən tanıdığımız Zaur Ramixanova zəng etdik. O bildirdi ki, müayinələrin nəticələrini mənə göndərin, uyğun olsa, gəlib əməliyyat edərəm. Bütün müayinələri ona göndərdikdən sonra əməliyyatı öhdəsinə götürdü və Mingəçevir Şəhər Regional Xəstəxanasında oğlumu əməliyyat etdi. Sonra da əməliyyatın çox uğurlu olduğunu dedi.

Bizim xəstəxanadan heç bir şikayətimiz yoxdur. Oradakı tibbi heyətdən çox razıyıq. Lakin 3 gündən sonra ödənişə gücümüz çatmadığı üçün oğlumu Mingəçevir Şəhər Xəstəxanasına köçürtdük. Ora gəldikdən sonra oğlumun vəziyyəti ağırlaşdı. Nə qədər çalışsaq da həkim Zaur Ramixanovla heç cür əlaqə saxlaya bilmədik. Hər dəfə zəng vuranda başqa biri götürdü və həkimin köməkçisi olduğunu, onunla danışıb bizə məlumat verəcəyini bildirdi. Lakin ondan sonra həmin həkimlə əlaqə saxlaya bilmədik”.

Zərərçəkmişin anası onu da qeyd edib ki, aradan iki il keçib, ondan sonra bir neçə xəstəxanaya müraciət ediblər: “Hamısı da bildirdi ki, ilk əməliyyatı uğursuz olub və ziddi fəsadlar qalıb. İkinci dəfə əməliyyat etdirsək də yenə də bir nəticə vermədi. Hazırda 3-cü dəfə əməliyyata ehtiyac var. Lakin maddi imkanım buna yol vermir. Oğlum bu vəziyyətə düşdükdən sonra işdən də çıxardılar. İki azyaşlı övladı var. Onların da ehtiyaclarını ödəyə bilmirik. Aidiyyəti qurumlardan xahiş edirəm ki, belə savadsız həkimləri reklam edənlər haqqında bir tədbir görsünlər. Və Zaur Ramixanovdan da tələb edirəm ki, oğluma təzminat ödəsin. Bir il səkkiz ayda çəkdiyi xərclərin təzminatını ödəsin ki, oğlumu yenidən əməliyyat etdirib, ayağa qaldırım”.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, zəngimizə cavab verən olmadı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər