Qarabağ erməniləri fəlakətdir: Azərbaycan xilas oldu - Verdyan

Qarabağ erməniləri fəlakətdir: Azərbaycan xilas oldu - VerdyanMən Azərbaycan prezidentindən Qarabağ ermənilərinin reinteqrasiya proqramında iştirak etməyə icazə istəyəndə qarabağlı ermənilərin əslində kim olduqları barədə heç bir anlayışım yox idi. İndiyədək heç vaxt ümumiləşdirməmişəm, amma əgər xalq öz elitasının dili ilə danışırsa, onda demək olar ki, qarabağlı ermənilər — bu, təbii fəlakətə bənzər bir bəladır.

Avrasiya.net xəbər verir ki, bu sözləri erməni bloger İşxan Verdyan deyib.

Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilər bu ərazi üçün yad insanlar idi:

“Ermənistan və Azərbaycana qarşı bu qədər açıq-aşkar düşmən münasibət — bu, region üçün anlaşılmaz və fenomenal bir haldır. Qarabağ ermənilərində onlara aid edilən erməni mədəniyyətinin daşıyıcıları yoxdur. Bütün ermənilər Bakı və Gəncədə doğma idilər, lakin Qarabağda ermənilər bu ərazidə tamamilə yad və zərərli bir varlıq idilər, mədəni baxımdan bu torpaqlarla heç bir bağlılıqları yox idi”.

Verdyan ermənilərin Qarabağda qalması üçün səy göstərdiyinə indi çox peşman olub:

“Əgər bunu əvvəldən bilsəydim, heç vaxt belə ermənilərin Qarabağda qalmasını istəməzdim. Və o müraciətimi də yazmazdım. Yaxşı ki, Azərbaycan belə qeyri-sağlam bir hadisədən xilas oldu. Qalır bircə məsələ — Ermənistan onlarla nə edəcək?”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər