Azər Allahverənov növbəti vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Azər Allahverənovun 12 aprel 2025-ci il tarixdə Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbə sakinlərinin qəbulu keçirilib.

Qəbulda iştirak edən zabratlılar sosial rifahının və yaşayış şəraitinin yaxşılaşdırılması, o cümlədən qəsəbədə asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman meydançasının və istirahət parkının salınması, məhəllədaxili küçələrdə abadlıq işlərinin yerinə yetirilməsi, məşğulluq imkanlarının artırılması, həssas qruplardan olan şəxslərə dövlət hesabına hüquqi dəstəyin göstərilməsi və digər məsələlərlə bağlı müraciətlərini ediblər. Bütün müraciətlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb.
Müəyyən izahatlar verildikdən sonra qəbula gələn vətəndaşlara əminliklə bildirilib ki, hər zaman olduğu kimi, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımların atılması üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər ediləcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər