star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bakıdakı dəhşətli qəza – Kim cavabdehdir?

Bakıdakı dəhşətli qəza – Kim cavabdehdir?Təhlükəsizlik baxımından analiz və təkliflər

10 aprel tarixində Bakının H.Əliyev prospektində "Bolt" şirkətinə məxsus bir taksi sürücüsünün törətdiyi dəhşətli qəza hamını şoka saldı.

Qəza zamanı sürücünun idarə etdiyi avtomobil kənar yoldan əsas yola böyük sürətlə tullanaraq insanlara təhlükə yaratdı. İlkin olaraq qəzanı törədən sürücünün “Bolt” şirkətinin "onlayn taksi sürücüləri" kimi fəaliyyət göstərən əməkdaşı olduğu xəbəri yayılsa da, sonradan verilən rəsmi açıqlamalarda bildirilib ki, həmin sürücünün "onlayn " girişi aprelin 8-də bağlanıb.

Bəs necə oldu ki, bu şəxs 10 aprel tarixində qəza törədərək insanların həyatını təhlükəyə atdı?
Sual yaranır, sürücünün fəaliyyəti aprelin 8-dən bloklanıbsa, o necə işləyirdi?

Burada məsuliyyət təkcə fərdi sürücünün deyil, sistemin, nəzarətin və tənzimləyici mexanizmlərin də üzərinə düşür. Baş verən hadisə, sistemin ciddi boşluğunu və nəzarətin olmadığını göstərir.

Və qəza bir daha onu göstərdi ki, fərdi sərnişindaşıma sektorunda SƏTƏM (Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf Mühit) nəzarət mexanizmləri ciddi şəkildə zəifdir və nəqliyyat təhlükəsizliyi məsələsi artıq sadəcə yol nişanları və sürət həddi ilə ölçülməməlidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mövcud qərarlarına əsasən:

- Hər bir yük və sərnişin daşıyan nəqliyyat vasitəsi reysqabağı texniki baxışdan keçirilməlidir.
- Həmçinin həmin nəqliyyat vasitələrinin sürücüləri tibbi müayinədən keçməlidirlər.
- Nəqliyyat vasitəsi uçotda saxlanmalı, gündəlik yoxlamalar sənədləşdirilməlidir.

Maraqlıdır, "onlayn taksi sürücüləri" (Bolt, Uber və s.) bu qaydaların yerinə yetirilməsinə cəlb olunurlarmı? Qeyri-formal əmək münasibətləri fonunda təhlükəsizlik standartları ya formal yerinə yetirilir, ya da ümumiyyətlə tətbiq olunmur.

Bəs, xarici təcrübə nə deyir?

Böyük Britaniyada Uber və digər platformaların sürücüləri rəsmi işçi kimi tanınıb, işə qəbul zamanı təhlükəsizlik təlimləri və arxa plan yoxlamalarından keçirlər.

Almaniyada isə sürücülər üçün mütəmadi psixoloji və tibbi müayinələr məcburidir.

Fransada platforma şirkətləri təhlükəsizlik təlimləri və sığorta təminatı olmadan fəaliyyət göstərə bilməzlər. Bu ölkələrdə sərnişin təhlükəsizliyi yalnız şəxsi məsuliyyətlə deyil, sistemli nəzarət və auditlə təmin olunur.

Aşağıdakı tədbirlər planı təklif olunur:

1. "Onlayn taksi sürücüləri" üçün reysqabağı rəqəmsal yoxlamalar məcburi olmalıdır.
2. Aylıq psixoloji və tibbi yoxlamaların "onlayn tətbiq"vasitəsilə təşkili qanunla tənzimlənməlidir.
3. Məsuliyyətin bölüşdürülməsi – həm sürücü, həm platforma eyni dərəcədə hüquqi məsuliyyət daşımalıdır.
4. Sürücülər üçün SƏTƏM təlimləri və sertifikatlaşdırma tətbiq olunmalıdır.
5. Nəqliyyat vasitələrinin texniki və təhlükəsizlik sertifikasiyası monitorinq sisteminə daxil edilməlidir.
6. İctimai nəzarət gücləndirilməlidir.

Bu qəza — sadəcə bir sürücünün məsuliyyətsizliyi deyil, nəzarətsiz sistemin fəsadıdır. Təhlükəsizliyin təminatı kağızda deyil, real nəzarət və təlimlərlə mümkün ola bilər. Bütün məsul şəxsləri, nəqliyyat şirkətlərini və dövlət qurumlarını bu məsələyə ciddi yanaşmağa çağırıram. Gəlin səssiz qalmayaq! Əməyin təhlükəsizliyi yalnız sənaye müəssisələrində deyil, şəhər küçələrində də həyati vacibdir! İsan həyatı təsadüflərlə deyil, peşəkar nəzarətlə qorunmalıdır.

Ağamusa Səfiyev
Əmək məsələləri üzrə ekspert

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər