Prezident və nəvələri idman zalında - FOTOLAR
Dərc olunub:
12-04-2025, 17:52
Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlarla maraqlı şəkilləri yayılıb.
Avrasiya.net xəbər verir ki, İlham Əliyevin nəvələri ilə idman zalındakı məşqdən çəkilən fotolarını Əli Ağalarov sosial şəbəkədə paylaşıb.
“Baba ilə Antalyanın idman zalında tam bədən məşqi!”, - deyə o, paylaşıma qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev Antalya Diplomatik Forumunda içtirak etmək üçün hazırda Türkiyədə səfərdədir.