star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Daşkəsən rayonunda mövcud olan abidələrə məlumat lövhələri quraşdırılıb

 “AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Daşkəsən rayonunda tarixi-mədəni abidələrin tanıdılması” layihəsi çərçivəsində rayon ərazisində mövcud olan ölkə və yerli əhəmiyyətli tarix-memarlıq və arxeoloji abidələr üçün məlumat lövhələri hazırlanaraq quraşdırılıb.

QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində icra edilən layihədə əsas məqsəd aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirilən Daşkəsən rayonunun təkcə faydalı qazıntı yataqları ilə zəngin bölgə kimi deyil, həmçinin füsunkar təbiətə, memarlıq və arxeoloji abidələrə malik qədim yaşayış məskənlərindən biri kimi tanıdılmasına, mədəni irs nümunələrimizin mühafizəsinə töhfə verməkdir. Bu məqsədlə icra edilən layihə Daşkəsən rayonunda yerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş 46 ədəd tarix-memarlıq abidəsini əhatə edib.

Belə ki, layihə çərçivəsində “AzerGold” QSC və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə 34 ədəd ölkə əhəmiyyətli arxeoloji abidə, 10 ədəd yerli əhəmiyyətli memarlıq abidəsi, 1 ədəd ölkə əhəmiyyətli memarlıq abidəsi və 1 ədəd yerli əhəmiyyətli monumental və xatirə abidəsi məlumat lövhəsi ilə təmin edilib. 

Qeyd edək ki, icrasına 2022-ci ildə başlanılan “Daşkəsən rayonunda tarixi-mədəni abidələrin tanıdılması” layihəsi çərçivəsində rayon ərazisindəki qədim memarlıq və təbiət abidələrinin fotoçəkilişi həyata keçirilib, həmin materiallar əsasında “Daşkəsən abidələri” adlı təqvim-kataloq hazırlanıb və geniş ictimaiyyətə təqdim edilib. Təqvim-kataloqda qədim yaşayış məskənləri, mağaralar, körpülər, məbəd və türbələr, eləcə də onlar haqqında müxtəlif mənbələrdən toplanmış məlumatlar öz əksini tapıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər