Universitetdən işdən çıxarılan qadın damarını kəsdi
Dərc olunub:
11-04-2025, 12:06
Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.
Avrasiya.net Oxu.az-a istinadla xəbər verir ki, hadisə universitet binasında baş verib.
1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan verilən məlumata görə, sözügedən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.