star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ölkəmiz növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi etdi

Ölkəmiz növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi etdiProf. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü


Aprelin 9-da ADA Universitetində Prezident cənab İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bir çox mühüm məsələlər müzakirə olundu.

Cənab prezidentin forumda toxunduğu məsələlər çox aktualdır.

Həmçinin dövlət başçısı Çinlə əməkdaşlığın vacibliyini qeyd etdi

Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə yaşıl enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik”-deyən cənab prezident onların şirkətlərinin yaşıl ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşımız olduğunu vurğuladı.

Təbii ki, Çin son illərdə qlobal səviyyədə iqtisadi-siyasi təsirini sürətlə artırır. Pekinin qlobal əhəmiyyətli “Bir kəmər, bir yol” layihəsi yüzədək ölkəni əlaqələndirir. Azərbaycan bu layihənin tərkib hissəsi olmaqda maraqlı olduğunu açıq şəkildə bəyan edib, Çindən Avropaya və əksinə yükdaşımaların öz ərazisindən reallaşması üçün müasir infrastruktur yaradıb.

Azərbaycan və Çin arasında son illərdə ticarətin həcmi əhəmiyyətli həcmdə böyüyüb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2,1 milyard dollar, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,2 milyard dollar, 2023-cü ildə isə 44 faiz böyüməklə 3,1 milyard dollar təşkil edib. Son 9 ildə mal mübadiləsi 6 dəfə yüksəlib və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Hazırda Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı, ikinci ən böyük idxal mənbəyidir.

Aprelin 9-da ADA Universitetində Prezident cənab İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda da dövlət başçısı bu il yeni avtobusların istifadəyə veriləcəyini dedi. Günəş panelləri Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Dövlət başçısının da vurğuladığı kimi, bəzi Çin şirkətləri ilə də danışıqlar aparılır ki, bilavasitə yaşıl enerji sahəsinə yatırımlar qoyulsun.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər