Həbsdə olan generalın rəis bacısı oğlu şantaj edildi

Həbsdə olan generalın rəis bacısı oğlu şantaj edildiHəbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun bacısı oğlu şantaj edilib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, generalın Faiq adlı bacısı oğlu hazırda N saylı hərbi hissələrdən birində Maliyyə Xidmət rəisi vəzifəsində xidmət edir.

Onu şantaj edən isə tanışı İsmayıl adlı şəxs olub. Belə ki, İsmayıl adlı şəxs generalın bacısı oğlundan dövlət qurumlarına şikayət edib. İsmayıl şikayətində göstərib ki, həbsdə olan generalın yeyinti və mənimsəmə işlərində bacısı oğlu Faiqin də əli olub.

Faiq bu şikayətlərin qarşısını almaq üçün bir neçə dəfə İsmayılla əlaqəyə keçib. Onlar ortaq tanışları vasitəsilə razılığa gəliblər.

Məlumata görə, İsmayıl şikayətləri dayandırmaq üçün Faiqdən 10 min manat istəyib. Sonra 6 min manata razılaşıblar. İsmayıl 3 min manatı alandan sonra həbs edilib.

Generalın bacısı oğlu yarıçılpaq fotoları ilə də şantaj edilib. Faiqin çimərlik geyimində olan fotoları İsmayılın mobil telefonunda aşkar edilib.

Xatırladaq ki, general-mayor Nizami Məmmədov külli miqdarda mənimsəmədə ittiham edilərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər