İtkin düşən gəncin meyiti bulvarda tapıldı
Dərc olunub:
8-04-2025, 19:55
Bakıda itkin düşən oğlanın cəsədi tapılıb.
Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı Fərid Məmmədovun meyiti Dənizkənarı Milli Parkda dənizdən tapılıb.
Onun üzərində zorakılıq əlamətləri olmayıb. Polis əməkdaşları tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Fərid Məmmədov aprelin 1-də işdən çıxıb və evə qayıtmayıb.
Son xəbərlər
