45 yaşlı kişi özünü asıb
Dərc olunub:
5-04-2025, 11:13
Gəncədə intihar hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, sözügedən qəsəbədə yaşayan Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü S.İmanov yaşadığı evin həyətində özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. 45 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.