22 yaşlı oğlan itkin düşdü
Dərc olunub:
4-04-2025, 21:51
Bakıda 22 yaşlı oğlan 3 gündür itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, Fərid Məmmədov aprelin 1-də işdən çıxıb, lakin evinə qayıtmayıb.
Məlumata görə, Fərid son olaraq aprelin 1-dən 2-ə keçən gecə Amerika Səfirliyinin yaxınlığında, Süleyman Rüstəm küçəsi 33 A ünvanında görünüb.
Qeyd edək ki, yaxınları onun itkin düşməsi ilə bağlı Nəsimi RPİ-nin 21-ci Polis Şöbəsinə müraciət ediblər.
Məlumatı olan şəxslərin 050-523-53-67 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.