star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Dindarların sayının artması ən böyük təhlükədir"

"Dindarların sayının artması ən böyük təhlükədir"Məhkəmələrə rüşvət vermək istəyərəm, adamım olsa (gülür)... Mən rüşvətlə gəlməmişəm, onunla da yaşamaq istəmərəm. Məndən istəsələr də, verməmişəm. Niyə verim ki! Əziyyət çəkirəm. Vermədiyimə görə başıma bu işlər gəlir.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, bunu “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov deyib.

"Azərbaycanda milyarder, heç milyonçu da yoxdur. Mənim maksimum 2 milyonum var. Bu dəqiqə min nəfər adam işlədirəm. Maaş, material, vergi - bunları həll etmək asan deyil.

Cəmi bir maşınım var. Oğlum Mehdi hədiyyə edib.

Nəvəm deyir ki, bizə pul vermirsən, dedim, atan icazə vermir. İşlə, 10 min manat verim. Övladlarım məndən ağıllıdır. Böyük oğlum dedi ki, övladlarına pul verməyim. Xahişi belə oldu: “Sən onlara pul versən, bizim günümüzə salacaqsan. Gedib instituta pul verəcəksən, diplom alacaqsan, qoy oxuyub, savadlı olsunlar”.

Dünyada pula yox deyən və düz adam yoxdur. Lakin pul hər şey deyil. Həyatın 80 faizini həll edən vasitədir. Pulu çox sevmirəm. Uşaq olanda ən böyük arzum bir eşşəyimin olması idi. O vəziyyətdən bu vəziyyətə gəlib çıxmaq asan deyil.

“Lamborgini”nin verdiyi xoşbəxtlik bir neçə günlükdür. Bir yerə çatana qədər sevinirsən, o yerə çatandan sonra hər şey sənin üçün sıfırdır. Pulun açmadığı qapılar var. Hazırda cibimdə 4 min manat pul var. Ongünlərlə cibimdə qalır. Hər ehtimala götürürüəm.

75 yaşım var. Mən söz vermişəm ki, 100 yaşımda pensiyaya çıxacam. Ona kimi tikəcəm, işləyəcəyəm”, - o bildirib.

İş adamı dindarlara münasibətindən də danışıb:

“Allaha inanıram, lakin qorxmuram. Qorxum vicdanımdandır. Dindən qorxuram. Mənim əlimdə imkanım olsa, bütün məscidləri söküb yerində məktəb tikdirərəm. Dindarlara inanmıram. Mənə ən böyük zərbələri onlar vurub. İş verirəm, məni aldadırlar. Bütün müqavilələri Allahın adı ilə başlayırlar, sonra da aldadırlar. Dindarların sayının artması ən böyük təhlükədir. Ondan dövlətə qarşı istifadə edirlər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər