star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Atama hər ay 70 rubl verməsəydim məni vurub öldürərdi..."

"Atama hər ay 70 rubl verməsəydim məni vurub öldürərdi..."Mən latın əlifbasını da tam şəkildə bilmirəm. Çünki orta məktəbə getməmişəm. Cavan vaxtımda bir atım, bir itim, bir də çadırım olub. 14 yaşımdan 23 yaşıma qədər dağda tək yaşamışam, çobanlıq etmişəm. 22 yaşımda qardaşım dedi ki, “sən kənd təsərrüfatında işləmə, qabağa gedə bilməyəcəksən, get fəhlə işlə”. Atama yalvardım ki, qoy çobanlıq etməyim, cavanam, fəhlə işləyim. O da dedi ki, 70 rubl versəm, icazə verər.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, bunu “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov deyib.

“Atama hər ay 70 rubl pul verməyə öhdəlik götürmüşdüm. Verməsəydim, məni vurub öldürərdi. Atam bir az qəddar olub. Bir ay fəhlə işlədim və həmin pulu verdim. Ayın başında gördüm ki, usta 140, mən isə 70 rubl almışam. Dedim, niyə? Dedilər, o sənətkardır. Mən buna görə də ustalığı öyrəndim. Bənna kimi az müddətdə məşhurlaşdım.

Adımı məktəbə yazdırmışdılar, 11-ci sinifin attestatını aldım. Ondan da sonra Naxçıvan Politexnik Texnikumuna adımı yazdırmaq üçün min rubl verdim. Sonra da tikintiyə qayıtdım. Müdirə dedim ki, birinci növbədə bənna, ikinci növbədə isə pulsuz briqadir işləyim, əgər yaxşı xidmət etməsəm, məni qovarsınız. Sizə pendir gətirəcəm, maaşdan kömək edəcəm.

Ümumiyyətlə, pul qazanmaq çox asandır. Bakıda pulu çölə töküblər. Onu qazanmaq üçün bir az ağıl və bacarıq lazımdır. Alqı-satqıda elə vasitəçilər var ki, milyonerdilər. Mən onları tanıyıram. Bir işi düzəltmək üçün 500 min pul alırlar. Bunlarda bir istedad var”, - deyə İsfəndiyar Axundov bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər