star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"155 min dollarımı vermir" - Sabiq məmur Şərurlu İsfəndiyarı İFŞA ETDİ

"155 min dollarımı vermir" - Sabiq məmur Şərurlu İsfəndiyarı İFŞA ETDİ"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı yeni xəbər yayılıb.

Şikayətçi Qəşəm Güləliyev "oxu.az"a bildirib ki, məhkəmə qərarına baxmayaraq, İsfəndiyar Axundov ona dəymiş ziyanı ödəmir.

Şikayətçi bu fikirləri səsləndirib:

"2006-cı il dekabr ayının 11-də Xətai rayonu ərazisində Şərurlu İsfəndiyara məxsus "Şaiq" MTK-dan hər biri üçotaqlı olmaqla dörd mənzil almışam. Aldığım mənzillərin binası hazır deyildi, bünövrəsi yeni qoyulurdu. Bu mənzillərə ümumilikdə 218 min dollar ödəmişəm. Bir ildən sonra məlum oldu ki, həmin mənzillər çox adama satılıb. Mənə verilən sənədlər başqalarına da verilib. Mən həmişə vəzifədə işləmişəm, çox adam məni tanıyır.

Nə baş verdiyini soruşanda dedilər ki, narahat olma, həll edəcəyik. Hər dəfə müxtəlif bəhanələrlə başımı qatdılar. İsfəndiyar təxminən 6 il öncə dörd mənzildən birinin əvəzinə başqa üçotaqlı mənzili qaytarıb, 3 mənzilimin pulu qalıb - yəni 155 188 dollar.

2023-cü il may ayının 19-da məhkəmə qərar çıxardı ki, 155 188 dollar dəymiş ziyan ödənilsin. Pulu ödəmədilər, prosesi icra etmədikləri üçün sonuncu dəfə 1200 manat cərimə olunublar. Deyirlər, pulumuz yoxdur. Onun adına ölkədə heç bir əmlak yoxdur. MTK-larını direktorlara verib. İcraçı direktorları da tez-tez dəyişir. 19 il keçib, hələ də ödəmir".

Aldanan vətəndaş İsfəndiyar Axundov ilə bağlı da danışıb:

"Bütün bu proseslərdən sonra şəkər xəstəliyi tapdım, məni boğaza yığıb. İllərdir, müxtəlif sənədlər verərək məni aldadır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər