Pul tapmasam, maşını əlimdən alacaqlar - Nemət Pənahlı

Avtomobilimin üzərinə qoyulan həbsə görə Ali Məhkəməyə kasassiya şikayəti vermişəm. Əgər burada da bizim əleyhimizə qərar olsa, avtomobili vergi borcuna görə hərraca çıxaracaqlar.

Avrasiya.net xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında ləğv edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı vergi borcuna görə avtomobilinin üzərinə qoyulan həbsə münasibət bildirərkən deyib.

Sabiq partiya sədri hazırda avtomobilin özündə olduğunu bildirib:

“Amma üzərində həbs olduğuna görə sata və dəyişə də bilmərəm. Ali Məhkəmə bizim ziyanımıza qərar çıxarsa, avtomobilin hərracda satılmaması üçün məcbur olub o pulu tapıb verməliyəm. Əks halda avtomobili əlimdən alacaqlar. Əslində, mənim adıma danışmaz əmlak ola-ola sırf borca görə avtomobilimin üzərinə həbs qoyulmasını da başa düşə bilmirəm. İddialarına görə, avtomobili satıb artıq qalan pulu özümə qaytaracaqlar”.

Qeyd edək ki, fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Əhəd oğlu Pənahlıya məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Lənd-Kruzer” avtomobil vergi borcuna görə hərracda satılacaq.

Satışı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.

Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.

Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda doğulub. Onun sədrlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər