Ölkə məscidlərində bayram namazı qılındı
Müqəddəs Ramazan bayramı münasibətilə martın 30-da Bakıda bayram namazı qılınıb.
Avrasiya.net xəbər verir ki, bayram namazının qılınmasına Əjdərbəy məscidində saat 8.00-da, Təzəpir məscidində isə saat 9.00-da başlanılıb.
Bayram namazına Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da qatılıblar.
Namazın ardından dualar edilib, dünyamıza sülh, ölkəmizə əmin-amanlıq, xalqımıza firavanlıq arzulanıb. Allahdan Ordumuza güc-qüvvət, yaralılara şəfa, şəhidlərimizə rəhmət dilənib.
xxx
08:24
Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.
Avrasiya.net xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.
Qeyd edək ki, bayram namazı Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.