star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Kürdəmirdə mollanın üzünə benzin tökdülər

Kürdəmirdə mollanın üzünə benzin tökdülərKürdəmir rayonunun Karrar kəndində 55 yaşlı Sevda adlı qadın kəndin mollası kimi tanınan 69 yaşlı Sərhəd Orucovun üzünə benzin töküb.

Avrasiya.net Müsavat.com-a istinadla xəbər verir ki, hadisə tərəflər arasında baş verən mübahisəyə görə olub.

Qadın iddia edib ki, 3 il əvvəl Sərhəd Orucov onun evindən 2 100 manat dəyərində oğurluq edib. Pulun 600 manatını qaytarsa da, qalan məbləği ödəməyib. Buna görə də aralarında dəfələrlə mübahisə yaranıb.

Onun sözlərinə görə, Sərhəd Orucovdan pulunu tələb edəndə, onun tərəfindən təhqir edilib.

Sonuncu mübahisə də buna görə baş verib. Qadın bildirib ki, Sərhəd Orucovdan növbəti dəfə pulunu istəyəndə yenə təhqirə məruz qalıb. O da əlində olan benzini onun sifətinə atıb.

Molla təqsirləndirilən qadının iddiaları ilə razılşamayaraq, oğurluq etmədiyini deyib.

Ekspertiza rəyinə görə, Sərhəd Orucov sağ gözün hiperemiyası və görmənin zəifləməsi xəsarəti alıb.

Tərəflər arasında barışıq olmayıb. Məhkəmənin hökmü ilə 55 yaşlı qadın 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər