Azərbaycanda dəhşət: Qardaşının 11 yaşlı qızını zorladı
Azərbaycanda kişi qardaşının 11 yaşlı qızını zorlayıb.
Bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, azyaşlının atası tez-tez səfərlərdə olduğu üçün övladını məktəbə və hazırlığa aparması barədə taksi fəaliyyəti ilə məşğul olan qardaşı ilə razılaşma əldə edib. Kişi buna görə qardaşına aylıq pul ödəyirmiş.
“Müəyyən müddətdən sonra uşaq dərman içib intihara cəhd edib. Lakin o, həkimlərin müdaxiləsi nəticəsində sağ qalıb. Valideynlər bunun səbəbini soruşanda qız sirrləri açıb danışıb.
Bildirib ki, əmisi müəyyən müddət imiş ki, ona hədə-qorxu gələrək qeyri-təbii yollarla zorlayırmış. Qızı bunu valideynlərinə deyəcəyi təqdirdə onları da öldürəcəyini deyib hədələyirmiş.
Belə olan halda azyaşlı çıxış yolunu intiharda görüb. Məsələ ilə bağlı pokurorluğa məlumat verdik. Əməliyyat keçirildi və pedofil həbs edildi”, - vəkil bildirib.