Yevlaxda 6 tibb işçisi qəzaya düşdü: 1-i ağır vəziyyətdədir

Yevlaxda 6 tibb işçisi qəzaya düşdü: 1-i ağır vəziyyətdədirYevlaxda mikroavtobusla minik maşını toqquşub.

Avrasiya.net xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində ən azı 5 nəfər xəsarət alıb.

Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Mikroavtobusda tibb işçilərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlaxda qəzaya düşən tibb işçilərinin kimliyi məlum olub.

Həmin şəxslər 1984-ci il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, 1990-cı il təvəllüdlü Arzu Məmmədova və 1991-ci il təvəllüdlü Çinarə Əliyevadır.

Yaralılardan ağır vəziyyətdə olan Gəncə sakini Vüsal Məmmədov üzərində cərrahi əməliyyat aparılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər