star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı" - Rayonlar üzrə RƏQƏMLƏR

Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı" - Rayonlar üzrə RƏQƏMLƏRAzərbaycanda eşşəklərin sayında azalma davam edir.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, 2025-ci ilin əvvəlində 12709 baş eşşək olub.

Bu göstərici ötən illə müqayisədə 2215 baş azdır. Ümumilikdə son illərdə Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Belə ki, 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub. Rəsmi qurumlar azalmanın səbəbini açıqlamayıb.

Ötən il eşşəklərin böyük hissəsinin - 68 faizinin yaşı 3 və daha çox olub.

Statistikaya görə, ən çox eşşəyin olduğu rayon Lerik (1151 baş) olsa da, rayonda bu heyvanların sayında ötən illə müqayisədə ciddi azalma olub. Belə ki, ötən il Lerikdə 1362 baş eşşək olub.

İkinci ən çox eşşəyin olduğu rayon Şəmkirdir. Burada da azalma müşahidə edilib. Ötən il rayonda 1284 baş eşşək olduğu halda bu il cəmi 988 baş uzunqulaq qeydiyyatda olub. Quba (846), Ağstafa (792) rayonlarında da eşşəklərin sayı nisbətən çoxdur.

İqtisadi rayonlar üzrə eşşəklərin sayı aşağıdakı kimi olub:

Bakı şəhəri - 7
Naxçıvan Muxtar Respublikası - 1041
Abşeron-Xızı iqtisadi rayonu - 90
Dağlıq Şirvan iqtisadi rayonu - 513
Gəncə-Daşkəsən iqtisadi rayonu - 1426
Qarabağ iqtisadi rayonu - 658
Qazax-Tovuz iqtisadi rayonu - 2949
Quba-Xaçmaz iqtisadi rayonu - 1552
Lənkəran-Astara iqtisadi rayonu - 2535
Mərkəzi Aran iqtisadi rayonu - 224
Mil-Muğan iqtisadi rayonu - 478
Şəki-Zaqatala iqtisadi rayonu - 542
Şərqi Zəngəzur iqtisadi rayonu - 88
Şirvan-Salyan iqtisadi rayonu - 606


Modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər