Ölkəmizdə təhlükəsizlik mühitinin formalaşması dövlətin fəaliyyətinin mühüm tərkib hissəsidir

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin ayığ-sayığlığı və yüksək peşəkarlığı sayəsində 2023-cü ildə Qarabağda aparılan anti-terror əməliyyatında separatçı qondarma erməni terrorçularına rəhbərlik edənlərin hamısı saxlanılaraq Beynəlxalq cinayət məhkəməsinə çıxarıldı. Bu da bir daha sübut edərək göstərdi ki, ölkəmizdə təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.

Bizdə bir müharibə veteranları təşkilatı olaraq Azərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər»
Fondu və şəxsən öz adımdan, Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü və 28 mart xüsusi xidmət orqanlarının - Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının peşə bayramı münasibəti ilə başda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev olmaqla yanaşı bütün DTX-nin və XKX-nın əməktaşlarını səmimi qəlbdən təbrik edir, dövlətimizin milli təhlükəsizliyinin keşiyində duran əməkdaşlarımıza həyatda möhkəm cansağlığı, uzun ömür və gələcək xidmətlərində müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə
Sərraf Orucov
Əfqanıstan və Qarabağ müharibəsi veteranı, ARBDF-nin prezidenti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər