Bakıda evi dağıdan tikinti şirkətindən gülünc açıqlama - Video
Dərc olunub:
28-03-2025, 04:12
Yasamal rayonunda rəsmi icazəsi olmadan vətəndaşın evini sökən “Melissa Group” tikinti şirkətinə daxil olan FEBA MTK-nın nümayəndəsi hadisə ilə bağlı açıqlama verib.
Avrasiya.net xəbər verir ki, MTK-nın nümayəndəsi Arzuman Murtuzayev Xəzər TV-yə açıqlamasında söküntü aparılması tapşırığının şirkət tərəfindən verilmədiyi iddiasını səsləndirib.
Onun sözlərinə görə, guya işçilər səhvən evi söküblər:
“Müqavilə bağladığımız işçi səhvən edib, bilməyib ki, orada kimsə yaşayır. Səhvən olub. Həmin sahədə 55 ev olub, 54-ü razılıqla köçürülüb. Həbibə Hacıyevaya da bazar qiymətlərindən qat-qat baha - 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir”.
Daha ətraflı videomaterialda: