Naxçıvanda arvadını asıb öldürən kişi həbs olundu

Naxçıvanda arvadını öldürməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Avrasiya.net APA-ya istinadla xəbər verir ki, Sədərək rayon sakini, 25yaşlı Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində saxlanılan 33 yaşlı Azər İbrahimli barədə bu gün Sədərək rayon məhkəməsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə Sədərək rayon Sədərək kəndində baş verib. Polis və prokurorluq əməkdaşlarının apardığı araşdırmalardan sonra Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsi müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.

Hazırda faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub və o, Ağcabədi rayon sakinidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər