16 yaşlı yeniyetmə bıçaqlanıb
Dərc olunub:
27-03-2025, 09:23
Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlanıb.
Avrasiya.net xəbər verir ki, hadisə şəhərin özündə baş verib.
Bildirilir ki, 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.