Məşhur saç boyasının tərkibində sonsuzluğa səbəb olan maddə tapıldı

Çexiya bazarında "Schwarzkopf Palette" və "Syoss Professional Performance" saç boyalarının tərkibində Avropa İttifaqında (Aİ) qadağan olunmuş lilial maddəsi tapılıb.

Avrasiya.net
oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çexiya Səhiyyə Nazirliyi bəyanat verib.

Məqalədə Çexiyanın baş sanitar həkimi Barbara Matskovanın lilialın reproduktiv sistem üçün toksiki olması ilə bağlı sözlərindən sitat gətirilib. Bildirilib ki, bu da heyvanlarda aparılan araşdırmalarla təsdiqlənib.

Matskovanın sözlərinə görə, bu maddənin istifadəsi insan sağlamlığı üçün təhlükə yaradır.

Lilial və ya butilfenil metilpropionaldan istifadəyə Aİ-də 2022-ci il martın 1-dən qadağa qoyulub. Bu andan etibarən maddə kosmetik məhsulların istehsalı üçün tərkib hissəsi kimi istifadə edilə bilməz.

Eyni zamanda, liliala təkcə saç boyalarında deyil, həmçinin sabunlar, losyonlar, ətirlər, əl kremləri, o cümlədən ətirli şamlar, hava təravətləndiriciləri və paltar üçün kondisionerlərdə də rast gəlinə bilər.

İstehlakçılara satın alınan məhsulların qablaşdırmasında bu maddənin olub-olmamasını diqqətlə yoxlamaq və aşkar etdikləri təqdirdə, satın almaqdan imtina etmək tövsiyə olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər