star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyəCari ilin fevral ayının ortalarından başlayaraq yeni seçilən üzvlərin iştirakı ilə bələdiyyələrdə ilk iclas keçirildi. Sədr və sədr müavinləri seçildi. 681 bələdiyyə bununla da fəaliyyətə başladı. 681 bələdiyyəyə seçilən sədrlərin demək olar ki, 50 faizindən çox yeni seçilib. Artıq onların “təyinatı”ndan bir aydan artıq vaxt keçir. Yeni seçilənlərin daha həvəsli olduğunu nəzərə alsaq, demək olar ki, onlar üçün istirahət və bazar günləri olmayıb. Yəni bu günlərdə də onlar işləyiblər. Əldə etdiyimiz bəzi məqamları nəzərə alıb yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə bəzi məqamları çatdırmaq istərdim:

1) Özünüzü oda-közə vurub çox da yormayın. İcradakılar hələ göz yumur, bir də gördünüz elə "tələblər" qarşınıza qoydular ki, bir an içində anlaqsız vəziyyətə düşə bilərsiniz.

2) Əsas diqqətinizi bələdiyyənin vergi-uçot sisteminin qurulmasına yönəldin. BAMS-ın verdiyi imkanlardan yararlanmağa çalışın. SMS Xidmətindən, QR koddan istifadəyə diqqət edin. Əsas məqsədiniz vergini yüksəltmək olsun. Bank hesabınız bağlıdırsa onun hansı səbəbdən bağlı olduğunu öyrənin.

3) İcradan gələn hər tapşırığın icrasına dərhal həvəs göstərməyin. Orda çalışanların sizlərdən başqa “yükləməyə” adamları qalmayıb. Verilən tapşırığın dərhal icrası isə, bilin ki, növbəti tapşırığa həm də yol açacaq. Ona görə bütün hallarda tələsməyin. Onsuzda gördüyünüz iş onların gözündə görünməyəcək.

4) Kütləvi şəkildə işçiləri işdən azad edib özünüzü "dilə-dişə"salmayın. Hər bir addım qanun çərçivəsində olmalıdır.

5) İcradakı məmurların "seçdiyi" üzv və qulluqçulara çox da "volya" verməyin. “Patron”ları işdən çıxan kimi onlarda heç kim olacaq. O adamların əsas məqsədi bu gün ancaq sizin əleyhinizə "donos" yazmaqdan ibarətdir.

6) Bəzi yeni seçilmiş sədrlər artıq ucdan tutma yeni işçiləri isə götürməklə məşğuldur. Bu işçiləri hansı yolla isə götürmələri mənə aydındır. Amma mən istəyirəm ki, sizə də aydın olsun. Yəni, formalaşmış büdcənin icradakı məmurun göstərişi ilə dağıtmayın. Sabah inzibati nəzarət orqanından yoxlama gəlsə, icradakı...... Sizi xilas edə bilməyəcək. Konkret.

7) Əgər bank hesabınız bağlıdırsa, bütün hallarda onun hansı borca görə bağlandığını özünüz öyrənin. Belə məqamda kimisə günahkar çıxarmağın yeri yoxdur. Artıq məsuliyyətin altına girmisiniz, demək borc varsa sizdə ödəməlisiniz. Bunun üçün vergi xidmətinin fəaliyyətini artırmalı, BAMS-in verdiyi imkandan yararlanmalısınız. Yəni bütün fikir borcu bağlamağa yönəlməlidir. Birmənalı olaraq. Bu məqamda icradan gələn tapşırıqlara bacardığınız qədər yox deməlisiniz. Əks halda borc artacaq, əliniz qolunuz bağlı qalacaq.

8) Fəaliyyətinizin təbliğinə diqqət yetirin. Mütləq şəkildə. Mövcud vəziyyəti ictimaiyyətə açıqlayın ki, RİH dəki məmurların da xəbəri olsun. Hər atdığınız addım, istər görüş, istər seçicilərlə müzakirələr, istərsə də hansısa layihənin icrası öz əksini sosial media platformalarında tapmalıdır. Və ən əsası RİH-in keçirdiyi tədbirlərdə iştirak edirsinizsə, iştirakçılar sırasında bələdiyyənin adının yazılmasına çalışın. Bəzi RİH-in .....məmurları bələdiyyə sözünü sıralamada yazmağa çox "əziyyət" çəkirlər.

9) Xüsusəndə yeni seçilmiş sədrlər RİH-dəki güvəndiklərinin hesabına sənədləşmə işinə fikir vermirlər. Unutmayın ki, dəvədən böyük fil var. Bir gün bələdiyyəyə yoxlama təşrif buyuran da RİH- dəki məmurlar sizi konkret olaraq elə “baqaja” qoyacaqlar ki, xəbəriniz belə olmayacaq ki, zərbə haradan gəlib.

10) Elə addım atın ki, səhəri günü sizi fakt qarşısında qoyub rüsvay etməsinlər. Əvəzində desinlər ki, sağ olsun yaxşı iz qoyub. Yaxşı izi qoyun ki, hər kəsin də yaddaşında yaxşı qalasınız.

11) Sizləri dinləmək bacarığında olan siyasi rəhbərlə əlaqəni birbaşa özünüz yaradın və real vəziyyətə özünüz birbaşa izah verin. RİH başçılarının bəzilərində isə nə sizi, nə dəki vətəndaşı dinləmək bacarığı olmadığından onlarla birbaşa əlaqəyə girib özünüzü urvatsız etməyin. Məhz dinləmək mədəniyyəti olmayan siyasi rəhbərlərin tutduğu mövqe nəticədə regional idarəetmənin təsis edilməsini sürətləndirəcəkdir. Ona görə narahat olmaga dəyməz. Belə olan halda bir az səbrli olun. Bəzi siyasi rəhbərlər hətta bələdiyyə sədrlərini yaxına buraxmağı özlərinə sığışdırmasalar da, nədənsə sədrlərdən “umub küsməyi” yaxşı bacarırlar. Hətta icra başçısı ilə görüşmək üçün bir neçə “baryerin” yaradılması ümumiyyətlə biabirçılıqdı. Bu mərhələnin isə əslində daha çox yeni təyinat alanların qurması heç başa düşülən deyil. Məhz bu cür maneə yaradan icra başçılarının seçkini təşkil etməsinə, üstəlik sədr vəzifəsinə tövsiyə edilənlərə baxıb təhlil etsək hər şey aydın olar. Nə isə...Çox dərinə getməyək...

12) Bələdiyyə üzvlərinin hər birinin iclasda iştirakına və müzakirələrdə iştirakına nail olun. Bilin ki, bələdiyyə kollegial orqandır və hər bir qərara hər bir üzv səs verməlidir. RİH-dəki məmurların “tırkasına” gedib təkbaşına qərar verməyə çalışmayın. Nəzərə alin ki başınız agrıya bilər.

13) nəhs rəqəm olduğundan 14 -ə keçirəm

14) Yeni “seçilən” sədrlərə tövsiyə edərdim ki, əgər sizdən əvvəl ki həmkarınız bələdiyyənin büdcəsində maliyyə vəsaiti qoyubsa, vergi-uçot sistemini qura bilibsə, hər hansı bir quruma borc saxlamayıbsa o sədrin təcrübəsindən istifadə etməyə çalışın və bələdiyyəyə dəvət edib hörmətlə yola salın. Bu ənənəni birinci siz edin ki, sabah sizə də qarşı bu adddım atılsın.
Nə isə ....

Ardı olacaq...

VüqarTofiqli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər