star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Eldar Mahmudovun oğlunun şərikindən sensasiyalı müsahibə

“Anar Mahmudovun işi yalnız bahalı çaxırlar içmək olub”

“2008-ci ildə Eldar Mahmudov mənə elə bir təklif göndərdi ki, ondan imtina etmək mümkünsüz idi”.

Bunu Azərbaycan hüquq-mühafizə orqanlarının “MTN işi” ilə bağlı axtarışa verdiyi, zamanında Azərbaycanın ilk internet provayder şirkətləri olan “Oksigen” və “Konnekt” şirkətlərini, “Konnekt TV”-ni yaratmış, eləcə də “Caspian Telecom”-un sahibi olmuş, hazırda isə Kanada vətəndaşlığı daşıyan və Bolqarıstanda yaşayan iş adamı Ayaz Kərimov deyib.

Jurnalist Eynulla Fətullayevə Sofiyada müsahibə verən Kərimov uzun illər sabiq MTN “şefi” Eldar Mahmudovun oğlu Anar Mahmudovla “məcburən şəriklik etdiyini” deyib.

Müsahibədən belə məlum olur ki, Kərimov uzun illər mahmudovların “krışası altında” çalışıb və Eldar Mahmudovla qudası Cahangir Hacıyevin cinayətkar qrupunun ofşor şirkətlər vasitəsilə ölkədən milyardlarla vəsait çıxarmasına dair dəyərli məlumatlara malikdir.

“Mahmudov 40 milyon dollarlıq şirkəti əlimdən aldı”

Kərimovun dediyinə görə, hələ 2008-ci ildə Eldar Mahmudov onun şirkətlərinə “əl qoyub”: “Belə deyək, Eldar Mahmudov “könüllü-məcburi” şəkildə bizim şirkətlərin “tərəfdaşı” oldu. Yəni, bizə elə bir təklif edildi ki, həmin vaxt çətin ki, kimsə bundan imtina edə bilərdi…”.

Kazımov ilk görüşünün Eldar Mahmudovun özü ilə deyil, oğlu Anarla olduğunu deyib: “İlk görüşüm onun oğlu ilə oldu. Onun həmin vaxt 22 yaşı vardı. Onun ofisi “Çinar” mağazası olan yerdə (Eldar Mahmudovun yaşadığı evin qarşısında) idi. Onlar deyilənə görə, çaxır anbarı adı altında orada pul saxlayırdılar… Onlar yavaş-yavaş, hissə-hissə bizim şirkəti ələ keçirirdilər. Lakin maraqlıdır ki, şirkəti rəsmən öz adlarına keçirmirdilər, hər dəfə təxirə salırdılar. Onlar faktiki olaraq şirkətin sahibinə çevrilsələr də, o, mənim adımda qalırdı…”

İş adamı deyib ki, müqavimət göstərməyə çalışsa da, sonda 40 milyonluq şirkəti Eldar Mahmudovun quldur dəstəsinə verməyə məcbur olub: “Necə verməmək olardı? Mən xeyli mübarizə apardım, müqavimət göstərdim. Onda mənə dedilər ki, “cavan oğlan, biz hər şeyi başa düşürük, amma sizin maşınınızdan nəsə tapıla bilər, siz təsadüfən narkotiklə məşğul deyilsiniz?”. Mənimsə ailəm, iki uşağım vardı…”

“O, rəsm əsərlərini və xalçaları sevir”

Kərimov deyib ki, Eldar Mahmudova tez-tez bahalı hədiyyələr, rəsm əsərləri və xalçalar bağışlayıb: “Mən əmin idim ki, Eldar Mahmudov rəsm əsərlərini, xalçaları sevir. Bütün bunlara baxmayaraq, Eldar Mahmudov heç vaxt mənimlə birbaşa ünsiyyət qurmurdu. Onu cəmi üç dəfə görmüşəm. Bir dəfə onun kabinetində və iki dəfə toyda…”

İş adamı Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra da Londonda yaşayan Anar Mahmudovun ondan əl çəkmədiyini deyib. Kazımov deyib ki, Anar Mahmudov “Caspian” şirkətinin hesabına Rusiyanın MTS şirkətindən beynəlxalq rabitə xidmətinə görə ödədiyi 5.3 milyon dollar pulun dövlətə aid hissəini büdcəyə köçürməyə qoymayıb: “Pul Rusiyadan bizim şirkətə köçürüldü və bizim təbii ki, Azərbaycan büdcəsi qarşısında öhdəliyimiz var idi. Həmin pulun bir milyon dollarını artıq mən əvvəlcədən dövlətə köçürmüşdüm. Çünki bunu Rabitə Nazirliyinə əvvəlcədən ödəməli idik. Bu vaxt Anar Mahmudov mənə mesaj göndərdi ki, “sən pulları hara köçürürsən, sən kimsən ki, pullarla bağlı göstəriş verirsən? Pulları Londona göndər!” Mən o vaxt özümü itirmişdim…” İş adamı deyib ki, pulu Londona köçürmək məcburiyyətində qalıb. Baxmayaraq ki, Eldar Mahmudov artıq həmin vaxt “vurulmuşdu”, Kazımov onun oğlunun tələbindən imtina etməyə qorxub. Bu səbəbdən, dövlətə köçürülməli olan pulu Londona, Anar Mahmudovun hesabına göndərməli olub.

Biznesmenin dediyinə görə, daha sonra Anar Mahmudov həmin pulları Londonun mərkəzindəki ən bahalı küçədə yerləşən restorana yatırıb, orada restoran biznesilə məşğul olub və bu biznesdən Kərimova da pay verəcəyinə söz verib. Lakin restoran gəlir gətirməyib, sonradan isə ümumiyyətlə yanıb. Nəticədə Kərimovla Anar Mahmudov arasında münasibətlər gərilib, hətta Kiprdə olarkən aralarında əlbəyaxa dava da düşüb: “O, mənə əl qaldırmaq istədi. Məndən hündür və cüssəlidir. Ancaq mən xoşbəxtlikdən idmançıyam. Əvvəlcə özümü müdafiə etdim, sonra da necə deyərlər, onu yerə uzatdım. Sonra da durub qaçdı. Ondan sonra əlaqəmiz olmadı…”

Kərimov Anar Mahmudovun həyat tərzindən də danışıb. Qeyd edib ki, Londonda yaşayan Eldar Mahmudovun oğlu ayrı-ayrı ölkələri gəzməklə və “bahalı çaxırlar içməklə” məşğuldur: “Onun əsas peşəsi Eldar Mahmudovun oğlu olmaqdır… Restoran biznesindən başqa yalnız çaxır içməklə, bahalı, yaxşı çaxır içməklə məşğul idi. Demək olar, bütün günü. Hərdən mən də onunla içmişəm.

İş adamı deyib ki, Eldar Mahmudovun Azərbaycandan çıxardığı pullar milyardlarla dollardır. Onun dediyinə görə, Mahmudovun təkcə İspaniyada – Malyorkadakı tikinti biznesi 100 milyonlarla dollarla ölçülə bilər.

Kərimov deyib ki, İnterpol xətti ilə onu axtarışa versələr də, beynəlxalq müstəvidə günahsız olduğunu sübut edib və buna görə də ona qarşı axtarış İnterpol tərəfindən ləğv edilib. Azərbaycanda davam edən istintaqda isə etiraf olunur ki, sözügedən şirkətlərin əsl sahibi Anar Mahmudovdur. Lakin buna baxmayaraq, ona qarşı heç bir tədbir görülmür. O qeyd edib ki, hətta Azərbaycanın istintaq orqanları istəsələr, Mahmudovun oğurlayaraq ölkədən çıxardığı pulları geri qaytara bilərlər və o, bu işdə köməklik göstərməyə hazırdır.

E.Fətullayev iş adamının nədən Azərbaycana qayıdaraq, günahsızlığını sübut etmək istəmədiyini soruşub. Kərimov cavabında deyib ki, o, Azərbaycan hüquq-mühafizə orqanlarının necə işlədiyini yaxşı bilir: “Mən Eldar Mahmudovun etdiklərinin miqyasını anlayandan sonra gördüm ki, mənim bəxtim çox gətirib. Allaha şükür ki, mən Azərbaycanın ərazisində olmamışam. Mənə heç kim qulaq asmayacaqdı… Məndə həmişə hiss var idi ki, Anar Mahmudova (atası vəzifəsindən çıxarılandan sonra da) Azərbaycanda himayədarlıq edirlər… Anar Mahmudov əmin idi ki, mən Azərbaycanda istintaqa ifadə versəm də, ona heç kim heç nə etməyəcəkdi. Mənə deyirdi ki, “get nə istəyirsən et, bizim arxamızda Ərdoğan durub, o mənim atamla çox yaxındır”. Mənə dedikləri bu olub. Guya Ərdoğan gələndə birinci onun atasına zəng edirmiş və sair. Bunu əminliklə deyirdi. Mən bu barədə başqa nəsə deyə bilmərəm…”

Xatırladaq kki, Eldar Mahmudov vəzifəsindən azad ediləndən və “MTN işi” başlayandan sonra həm də Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin kürəkəni olan Anar Mahmudov Londona qaçıb. Atası Eldar Mahmudov isə Azərbaycanda lüks həyatını davam etdirir və sərbəst dolaşır…

“AzPolitika.info”





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər