Qazaxda 31 yaşlı kişi itkin düşdü
Dərc olunub:
24-03-2025, 19:48
Qazaxda 31 yaşlı itkin düşdü
Qazax rayon Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü, Sadıqov Tamerlan Mustafa oğlu martın 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
İtkin düşən şəxsin əlamətləri belədir: boyu 165 sm, buğdayı saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində, qara rəngli gödəkcə olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 022-295-14-97 şəhər və 055-816-04-37, 070-996-35-35 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.