star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İrandan PUA ilə narkotik keçirdilər: DSX-dən əməliyyat - Video

İrandan PUA ilə narkotik keçirdilər: DSX-dən əməliyyat - Videoİrandan Azərbaycana pilotsuz uçuş aparatı ilə (PUA) atılmış narkotiki götürmək istəyən şəxslər saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə PUA səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.

"Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb, Abşeron rayonu, Saray qəsəbə sakinləri – 2000-ci il təvəllüdlü İlqar Nuhbala oğlu Qurbanov və 1985-ci il təvəllüdlü Nemət Mollağa oğlu Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər", - məlumatda qeyd olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər